09:59 23-05-2009
news_image
685
DİGƏR NÖVLƏR

Almaniya yığmasının 28 yaşlı qapıçısı öldü

Almaniyanın hokkey üzrə milli komandasının qapıçısı Robert Müller vəfat edib. Apasport.az saytının məlumatına görə, idmançının 28 yaşında ölməsinə xərçəng xəstəliyi səbəb olub.

Üç il öncə onun beynində cərrahiyyə əməliyyatı aparılıb. Bundan sonra özünü yaxşı hiss edən və yenidən böyük idmana qayıdan Müllerin həyatını xilas etmək mümkün olmayıb. Robert 2002-ci və 2006-cı illərdə keçirilən qış olimpiadasının, həmçinin ötən il baş tutan dünya çempionatının iştirakçısıdır.