13:19 23-05-2009
news_image
1335
DİGƏR NÖVLƏR

Fahişələr də növbəti olimpiadaya hazırlaşırlar

2010-cu ildə Qış Olimpiya Oyunlarının keçiriləcəyi Kanadanın Vankuver şəhəri ciddi çətinliklə üzləşib. Apasport.az saytının məlumatına görə, kanadalılar yarış zamanı KİV nümayəndələrinin şəhərdəki fahişələrə daha çox diqqət yetirəcəyindən narahatdırlar.

Məsələ burasındadır ki, Kanadada fahişəliklə məşğul olmaq qanuniləşdirilib. Buna görə də ən qədim peşə sahibləri olimpiada zamanı müştərilərinə rahat xidmət göstərə bilərlər. Yarışın təşkilatçıları isə fahişələrə qarşı kobud münasibətin doğura biləcəyi fəsadlardan ehtiyatlanırlar. Onlar pozğun qadınların böyük kütlə qarşısında özlərini, necə deyərlər, zooparkdakı heyvan kimi hiss etmələrindən qorxurlar.

Bunu nəzərə alan olimpiada təşkilatçıları fahişələrə xüsusi kurslar keçəcəklər. Kanada Fahişələr Şurasının rəhbəri Keri bildirib ki, olimpiadanın jurnalistlər üçün arxa plana keçməməsi üçün qadınlara xüsusi dərslər tədris olunacaq.