15:25 23-05-2009
news_image
476
DİGƏR NÖVLƏR

“Baku Fencing Open” turnirinin rəsmi açılış mərasimi keçirilib

Bu gün ölkəmizdə ilk dəfə qılıncoynatma üzrə beynəlxalq turnir start götürüb. Apasport.az saytının məlumatına görə, “Baku Fencing Open” adlı yarışın açılış mərasimində Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, və federasiya prezidenti Nazim İbrahimov çıxış ediblər. Onlar belə bir turnirin ölkəmizdə keçirilməsini tarixi hadisə kimi qiymətləndiriblər və gələcəkdə də paytaxtımızda analoji yarışların təşkil olunacağını söyləyiblər. Daha sonra turnirin təntənəli açılış münasibətilə Azərbaycanın dövlət himni səsləndirilib. Yarışa gəlincə, burada kişi və qadınlar şpaqa, həmçinin sablya növündə mübarizə aparır. Bakı İdman Sarayında keçirilən turnirə 12 ölkədən 110-dək idmançı qatılıb.

“Baku Fencing Open” mayın 24-də yekunlaşacaq.