13:13 24-05-2009
news_image
483
DİGƏR NÖVLƏR

“Kölner Junioren-Regatta 2009” turnirində ilk medal

Almaniyanın Köln şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında “Kölner Junioren-Regatta 2009” adlı beynəlxalq turnir start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı təmsil edən Teymur Kutseba – Aleksandr Qlotov dueti ilk yarış günündə uğurla çıxış edib. 17 yaşlı avarçəkənlərimiz Almaniyanın müxtəlif klublarının təmsilçilərini qabaqlayıblar. Kutseba – Qlotov dueti 2000 metrlik məsafəni 7 dəqiqə 20 saniyə 650 mikrosaniyəyə qət edərək, 18 iştirakçı I yeri tutub.