13:27 24-05-2009
news_image
461
DİGƏR NÖVLƏR

Yeniyetmələr Rusiyaya gedirlər

İyunun 13-dən 18-dək Rusiyanın Verxnyaya Pışma şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin 1997-ci il təvəllüdlü yeniyetmələrdən ibarət yığma komandaları arasında ikinci Beynəlxalq stolüstü tennis turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirə 15 dövlətdən – Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan (ŞƏT üzvləri), İran, Hindistan, Monqolustan, Pakistan (müşahidəçi ölkələr), Azərbaycan, Almaniya, Belarus, Ukrayna və Türkmənistandan (qonaqlar) komandalar dəvət olunub.
Hazırda Monqolustan, Hindistan və Almaniyadan başqa bütün komandalar turnirdə iştirakını təsdiqləyib.

AzərTac