16:57 25-05-2009
news_image
889
DİGƏR NÖVLƏR

Vüqar Verdiyevin Avropa çempionatında üçüncü medalı

Azərbaycan idmançısı Vüqar Verdiyev Serbiyanın Novi-Sad şəhərində keçirilən bodibildinq üzrə Avropa çempionatında gümüş medala layiq görülüb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz üçüncü dəfədir ki, qitə birinciliyinin mükafatını qazanır.
Azərbaycan yığmasının digər üzvləri – Fərhad Quliyev (90 kq) və Xamid Rza Keşani (100 kq) 4-cü yeri, Yalçın Məmmədov (70 kq), Məhəmməd Paşai isə 5-ci yeri tutub.

AzərTac