15:32 29-05-2009
news_image
481
DİGƏR NÖVLƏR

Olimpiaya mükafatçısına 9 illik həbs cəzası verildi

2004-cü il Afina Olimpiadasının gümüş medalçısı Natan Beqqeyli 9 illik həbs cəzası alıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı avstraliyalı avarçəkən narkotik həb satışında günahlandırılır. Minimum beş ili həbsxanada keçirəcək Natan yalnız bundan sonra vaxtından əvvəl azadlığa buraxıla bilər.

Maraqlıdır ki, onun 27 yaşlı qardaşı Dryu da həmin növ narkotikin satışına görə dustaqxanaya salınıb. Fərq ondadır ki, kiçin Beqqeylinin cəzası daha ağır – 12 il olub. Natanın evində axtarış aparılan zamanı həblərinin istehsalı ilə bağlı avadanlıq, habelə vasitələr tapılıb. Onun ötən ilin noyabrında həbs olunduğunu nəzərə alsaq, 2012-ci ildən tez azadlığa buraxıla bilməz.