12:23 30-05-2009
news_image
584
DİGƏR NÖVLƏR

Ölkəmizdə daha 5 Olimpiya İdman Kompleksi

Gənclər və idman naziri Azad Rəhimov cari ilin sonunadək tikintisi nəzərdə tutulan idman qurğuları haqda məlumat verib. Apasport.az saytının xəbərinə görə, bu gün Bakıxanov qəsəbəsində Respublika Olimpiya İdman Liseyində futbol meydançasının açılış mərasiminə qatılan nazir bildirib ki, ilin sonuna qədər daha beş Olimpiya Kompleksinin açılışı nəzərdə tutulub.

“Bunlar İsmayıllıda, Ağdaşda, Şağanda, Hövsanda və Şəmkirdədir. Bildiyiniz kimi, yaxınlarda Şəmkirdə Olimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. On altı Olimpiya İdman Kompleksi tikilməkdədir, dörd də açılmaqdadır” – deyə Rəhimov bildirib.