13:11 01-06-2009
news_image
614
DİGƏR NÖVLƏR

Abşeronda paraplan və motoparaplan təlimləri

Yaxın günlərdə ölkəmizdə paraplan və motoparaplan təlimlərinə start veriləcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından apasport.az saytına verilən məlumata görə, təlimlər əsasən Abşeron və şimal-qərb bölgələrində keçiriləcək. Təlimləri dəfələrlə dünya çempionu olmuş mütəxəssis aparacaq. Hal-hazırda təlim üzrə komandalar qruplaşır.