17:54 01-06-2009
news_image
708
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Surqutda fikirləşəcək

İyunun 3-də Rusiyanın Surqut şəhərində sabiq dünya çempionu Anatoli Karpovun şərəfinə 10-cu beynəlxalq şahmat turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, turnirdə ölkəmizi milli komandanın üzvü Vüqar Həşimov təmsil edəcək.

Yüksək reytinqli qrossmeysterlərin qatılacağı yarışda həmyerlimizin rəqibləri Aleksey Şirov (İspaniya), Sergey Rublevski, Aleksandr Motılev, Ernesto İnarkiyev (Rusiya), Arkadi Naydiç (Almaniya), Viorel Boloqan (Moldova), Aleksandr Onişuk (ABŞ), Zaxar Yefimenko (Ukrayna) və Emil Sutovski (İsrail) olacaq.