21:49 01-06-2009
news_image
439
DİGƏR NÖVLƏR

Qurbanova dördüncü oldu

İspaniyanın Marbelya şəhərində bədii gimnastika üzrə sonuncu Qran-pri yarışması başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan gimnastı Anna Qurbanova da iştirak edib.

Çoxnövçülüyün təsnifat mərhələsinin yekunlarına görə, 2009-cu il Avropa çempionatının bürünc medalçısı Anna Qurbanova dörd mümkün finaldan üçünə çıxıb. O, lentlə hərəkətlərdə israilli İrina Risenzona cəmi 0,2 bal uduzaraq 4-cü yeri tutub. İplə finalda Qurbanova 5-ci, halqa ilə finalda 6-cı olub.