15:47 04-06-2009
news_image
641
DİGƏR NÖVLƏR

Sabah Azərbaycan Qılıncoynatma Federasiyasının V konfransı keçiriləcək

Sabah Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) V konfransı keçiriləcək. Bu haqda apasport.az saytına AQF-nin baş katibi Ramin Məmmədov məlumat verib. Diasporla İş üzrə Dövlət Komitəsinin iclas zalında gerçəkləşəcək konfransda federasiyanın yeni nizamnaməsi qəbul olunacaq və struktur bölmələr yaradılacaq. Daha sonra AQF İcraiyyə Komitəsinə yeni tərkib seçiləcək.

V konfransda müzakirə olunan məsələlər, qəbul edilən qərarlar, eləcə də mayın 23-24-də keçirilmiş “Baku Fencing Open” beynəlxalq turnirinin yekunları və iyulun 13-19-da Bolqarıstanda baş tutacaq Avropa çempionatına hazırlıqla bağlı federasiya rəsmilərinin mətbuat konfransı olacaq. Mətbuat konfransı saat 15.00-da başlanacaq.