17:10 04-06-2009
news_image
764
STOLÜSTÜ OYUNLAR

Dünən qələbə, bu gün heç-heçə, bəs sabah?

Rusiyanın Xanti-Mansiysk vilayətinin Poykovski qəsəbəsində Anatoli Karpovun şərəfinə sayca 10-cu beynəlxalq turnir keçirilir. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini yığmamızın üzvü Vüqar Həşimov (2730) qoruyur. Onunla yanaşı, Aleksey Şirov (İspaniya, 2745), Sergey Rublevski (Rusiya, 2702), Arkadi Naydiç (Almaniya, 2700), Viorel Boloqan (Moldova, 2690), Aleksandr Onişuk (ABŞ, 2684), Zahar Yefimenko (Ukrayna, 2682), Aleksandr Motılev (Rusiya, 2677), Ernesto İnarkiyev (Rusiya, 2676) və Emil Sutovski (İsrail, 2660) də turnirə qatılıb.

İlk turda qələbə qazanan Həşimov bu gün qara fiqurlarla Rublevskiyə qarşı mübarizə aparıb. Tərəflər 26-cı gedişdə heç-heçəyə razılaşıblar. Hazırda qrossmeysterimiz liderlər qrupunda qərarlaşıb.

Sabah Vüqar Aleksandr Onişukla oynayacaq. Dairəvi sistem üzrə keçirilən və 9 turdan ibarət olan yarış iyunun 12-də başa çatacaq.