16:07 05-06-2009
news_image
494
DİGƏR NÖVLƏR

Biz motosiklet də sürə bilirik...

Türkiyənın Hayrabolu şəhərində motosiklet idmanı növü üzrə "Mərmərə" çempionatı keçirilib. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda həmvətənlərimiz 6 medal qazanıblar.

Belə ki, mx-1B kateqoriyasında mühərriki 250 sm3 olan motosikletlərdə Vaqif Əhmədov qızıl, Şakir Ağasiyev isə gümüş medal əldə edib. Digər kateqoriyada - mx-1C (klass-250 sm3) fəxri kürsünün hər 3 pilləsinə azərbaycanlılar yüksəliblər. Vyaçeslav Nevrotenko birinci, Oleq Quliyev ikinci, Məmməd Ağamalıyev isə üçüncü yeri tutub.

Namiq Mustafayev də mükafata sahib çıxıb. O, mx-2C (klass-125 sm3 ) kateqoriyasında bütün rəqiblərini qabaqlayaraq, qızıl medala yiyələnib.