16:28 05-06-2009
news_image
744
STOLÜSTÜ OYUNLAR

Azərbaycanlı şahmatçı amerikalı həmkarına dərs keçdi

Azərbaycan şahmatçısı Vüqar Həşimov Rusiyanın Xanti-Mansiysk vilayətinin Poykovski qəsəbəsində Anatoli Karpovun şərəfinə keçirilən sayca 10-cu beynəlxalq turnirdə növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, həmyerlimizin bu dəfəki “qurban”ı ABŞ təmsilçisi Aleksandr Onişuk olub.

Ağ fiqurlarla oynayan Vüqar 28-ci gedişdə rəqibini “ağ bayraq” qaldırmağa məcbur edib. III turdan sonra Həşimov liderlər qrupunda qərarlaşıb. 2,5 xal toplayan şahmatçımız Arkadi Naydiç (Almaniya) və Aleksandr Motilevlə (Rusiya) 1-3-cü pillələri bölüşdürür.

Vüqar sabah turnirin autsayderi, əslində isə reytinq-favorit Aleksey Şirovla qarşılaşacaq. 10 zəka sahibinin mübarizə apardığı yarışa iyunun 12-də yekun vurulacaq.