15:08 07-06-2009
news_image
572
DİGƏR NÖVLƏR

“Böyük Moskva reqatası”nda 2 qızıl, 1 bürünc medal

Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası “Böyük Moskva reqatası”nda uğurla çıxış edib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komandamız turniri 2 qızıl, 1 bürünc medalla başa vurub.

Bir qədər öncə 4 nəfərlik qayıqda çıxış edən Cavid Əfəndiyev - Toğrul Qurbanzadə - Aleksandr Jdanov - Kamal Məmmədov kvarteti finalda bütün rəqiblərini qabaqlayaraq, daha bir qızıl medala sahib çıxıb. Bundan öncə isə 1 nəfərlik qayıqda çıxış edən Cavid Əfəndiyev qızıl, Toğrul Qurbanzadə isə bürünc medal qazanmışdı.

Beləliklə, avarçəkənlərimiz ilk dəfə qatıldıqları "Böyük Moskva reqatası"nda möhtəşəm nailiyyətə imza atıblar. 10 ölkənin çıxış etdiyi yarışda idmançılarımızın göstərdiyi bu nəticə heç də təsadüfi deyil. Son zamanlar avarçəkənlərimiz bütün beynəlxalq yarışlarda medal qazanırlar. Yeniyetmə akademik avarçəkənlərimiz Teymur Kutseba və Aleksandr Qlotov Almaniyada 1 qızıl, 2 bürünc, kanoeçilərimiz Valentin Demyanenko və Sergey Bezuqlıy - Maksim Prokopenko dueti Dünya Kubokunun II mərhələsində 2 gümüş, 1 bürünc medal qazanıblar ki, bu da federasiyanın atdığı addımların müsbət nəticəsi kimi qəbul olunmalıdır.