16:25 07-06-2009
news_image
690
STOLÜSTÜ OYUNLAR

İstirahətə lider qismində

Rusiyanın Xanti-Mansiysk vilayətinin Poykovski qəsəbəsində Anatoli Karpovun şərəfinə təşkil edilən sayca 10-cu beynəlxalq turnirdə VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın yeganə təmsilçisi Vüqar Həşimov hesabat turunda yarım xal qazanıb.

Həmvətənimiz ağ fiqurlarla Emil Sutovski (İsrail) ilə qarşılaşıb. Görüşün 32-ci gedişində heç-heçə qeydə alınıb. Aktivindəki xalları 4-ə çatdıran Həşimov əvvəlki kimi, rusiyalı Aleksandr Motılevlə 1-2-ci pillələri bölüşdürür.

Sabah yarış iştirakçıları istirahət edəcəklər. İyunun 9-da isə Vüqar yerli şahmatçı Ernesto İnarkiyevi sınağa çəkəcək. Ümumiyyətlə, turnirdə 10 zəka sahibi mübarizə aparır. 9 turdan ibarət yarış iyunun 12-də başa çatacaq.