23:05 11-06-2009
news_image
1659
DİGƏR NÖVLƏR

O, atası yaşda kişi ilə görüşür - FOTOSESSİYA

Məşhur tennisçi Monika Seleşin atası yaşda kişi ilə görüşməsi təsdiqlənib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı serb gözəlçənin sevgilisi Tomas Qolisano yaxın münasibətlərdə olduğunu etiraf edib. Qolisano Şimali Amerikanın Milli Hokkey Liqasında (NHL) yarışan “Baffalo Seybrz” klubunun sahibidir. 67 yaşlı milyarder gənc xanıma olan hisslərini belə açıqlayıb: “Bəli, mən Monika ilə görüşürəm”.

Qeyd edək ki, Seleş 1989-cu ildə başlayan peşəkar karyerasını ötən ilin fevralında bitirib. O, 1995-ci ildən etibarən ABŞ-da yaşayır. Monika karyerası ərzində 9-u “Böyük Dəbilqə” turnirlərində, 3-ü isə WTA birinciliyində olmaqla, 53 çempion titulu qazanıb. Serb tennisçi 1991-96-cı illərdə qadın tennisçilərin dünya reytinqində digər əfsanə Şteffi Qrafla birgə növbəliliklə liderlik edib.