09:47 12-06-2009
news_image
766
STOLÜSTÜ OYUNLAR

Ən güclü veteran şahmatçılarımız

Veteran şahmatçılar arasında keçirilən II ölkə çempionatına yekun vurulub. Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, yarışda 1949-cu il təvəllüdlü və daha böyük 12 zəka sahibi qüvvəsini sınayıb.

Şahmat Federasiyasının mənzil-qərargahında təşkil edilən və dairəvi sistemlə keçirilən çempionatın qalibi Qennadi Çubenko olub. O, 7,5 xalla qızıl medala sahib çıxıb. Oleq Pavlenko (7 xal) ikinci, Nazim Ağayev (6.5 xal) isə üçüncü yeri tutub.

Qaliblərə Azərbaycan Şahmat Federasiyasının diplomları və qiymətli hədiyyələri təqdim olunub.