23:00 12-06-2009
news_image
696
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı Rusiyada ikinci yeri tutdu

Rusiyanın Xanti-Mansiysk vilayətinin Poykovski qəsəbəsində Anatoli Karpovun şərəfinə keçirilən sayca 10-cu beynəlxalq şahmat turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Vüqar Həşimov ikinci yeri tutub.

O, bu gün son tur çərçivəsində ukraynalı Zahar Yefimenko ilə qarşılaşıb. Tərəflər 44-cü gedişdə heç-heçəyə razılaşıblar. Nəticədə Vüqar 6 xalla 10 şahmatçı arasında gümüş medala yiyələnib. Turnirin qalibi 7 xal toplamış Aleksandr Motılev (Rusiya) olub.