23:41 12-06-2009
news_image
503
DİGƏR NÖVLƏR

Avropa çempionatına yol Çin və İrlandiyadan keçir

Azərbaycanın qadınlardan ibarət otüstü xokkey üzrə yığması Çində və İrlandiyada təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, milli komandamız təlim-məşq toplanışları və Çin xokkeyçiləri ilə yoldaşlıq görüşü keçirmək üçün iyunun sonunda bu ölkəyə, iyulun 5-də isə İrlandiyaya yola düşəcək.

Bunlar avqustda Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq. Hollandiyada təşkil ediləcək qitə birinciliyinin qrup mərhələsində rəqiblərimiz meydan sahibləri, İngiltərə və Rusiya olacaq.

Mənbə: AzərTAc