16:27 18-06-2009
news_image
1654
DİGƏR NÖVLƏR

Bakını fəth edən gözəl: Futbolçulardan zəhləm gedir

Bədii gimnastika üzrə olimpiya çempionu Yevgeniya Kanayeva futbolçuları sevmirmiş. Apasport.az saytının məlumatına görə, rusiyalı gözəlçə bildirib ki, ən populyar idman növü ilə məşğul olanları bəyənmir. Hətta Kanayevanın paytaxt futbolçularından acığı da gəlir: “Mənim üçün xarici görünüş həmişə ikinci dərəcəlidir. Məsələn, bizim kimi Novoqorsk şəhərindəki bazada hazırlıq keçən futbolçulara heç marağım yoxdur. Onlarda pafos həddən artıq çoxdur, xüsusilə də paytaxt futbolçularında. Mənim də bundan zəhləm gedir”.

Qeyd edək ki, Kanayeva ötən ay Bakıda keçirilən Avropa çempionatında 5 qızıl medal qazanıb.