17:49 18-06-2009
news_image
683
DİGƏR NÖVLƏR

Yığmamızın amerikalı legioneri həyatından gileyləndi

Azərbaycanın fiqurlu konkisürmə üzrə İqor Lukanin - Kristin Freyzer rəqs cütlüyü karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, onların bu qərarlarına fiziki yüklənmələr səbəb olub. Fiziki cəhətdən çatdırmayan fiqurlu konkisürənlər karyeralarını bitirmək qərarına gəliblər.

“Təsəvvür edin ki, səhər saat 5-də buz üstünə çıxıram və gün ərzində həm fiqurlu konkisürənləri məşq etdirirəm, həm də özüm məşq edirəm. Axşam saat 8-9-dək buz üstündə dayanmaq çox çətindir. Kristina Freyzer isə meydançaya rəhbərlik edir. Bizim vaxtımız qalmır. Bundan başqa, şəxsi həyatımıza vaxt ayırmaq lazımdır, evə, maşına, tibbi müayinə və digər yerlərə pul köçürmək vacibdir” - deyə İqor Lukanin vurğulayıb.

Qeyd edək ki, Lukanin Rusiyadan, Freyzer isə ABŞ-dandır. 33 yaşlı İqor və 29 yaşlı Kristin təxminən 10 il Azərbaycan şərəfini qoruyublar. Onlar 2002-ci il Solt-Leyk-Siti və 2006-cı il Turin Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil ediblər və müvafiq olaraq, 17-ci və 19-cu yeri tutublar. Bu cütlüyün dünya çempionatlarında ən yaxşı nəticəsi ötən ilə təsadüf edir - 11-ci pillə. Lukanin – Freyzer Avropa çempionatlarında bir neçə dəfə qüvvəsini sınayıb. Bunlardan birində 7-ci, üçündə isə 9-cu sırada qərarlaşıb.

Mənbə: extratime.az