10:09 19-06-2009
news_image
662
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov autsayderlə də bacarmadı...

Rumıniyanın Bazna şəhərində təşkil olunan “Kings Tournament” beynəlxalq şahmat turnirinin birinci dövrəsi başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini qoruyan Teymur Rəcəbov ənənəsinə sadiq qalaraq, yenə heç-heçə oynayıb. Daha doğrusu, həmvətənimiz autsayder Liviu-Diter Nisipyanu ilə bacarmayıb.

Rəcəbov turnirin reytinq-favoriti olduğu halda, bütün görüşlərini yarım xalla bitirir. Şahmatçımız Nisipyanu ilə oyunun 26-cı gedişində “sülh” bağlayıb.

Beləliklə, Teymur ilk dövrəni 2,5 xalla 3-4-cü pillədə başa vurub. Bu gün yarış iştirakçılarına istirahət verilib. Turnir iyunun 25-dək davam edəcək.

V tur

Teymur Rəcəbov (Azərbaycan, 2756) - Liviu-Diter Nisipyanu (Rumıniya, 2675) - 0,5:0,5
Qata Kamski (ABŞ, 2720) - Vasili İvançuk (Ukrayna, 2746) - 0:1
Aleksey Şirov (İspaniya, 2745) - Boris Qelfand (İsrail, 2733) - 0:1

1-2. İvançuk, Qelfand 3,5 xal; 3-4. Şirov, Rəcəbov 2,5; 5-6. Kamski, Nisipyanu 1,5