1 №-li məktəbin komandası Avropa çempionu oldu
Bolqarıstanın Varna şəhərində məktəb komandaları arasında təşkil olunan şahmat üzrə 4-cü Avropa çempionatına yekun vurulub. Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, 16 yaşlıların mübarizəsində ölkəmizi Bakı şəhər 1 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər şahmat-dama idman məktəbinin komandası təmsil edib.
Heyətdə Bəhruz Rzayev, Nərmin Kazımova, Elxan Bayramov və Aytən Əmrayeva yer alıb. Yekunda aktivinə 20 xal yazan komandamız qızıl medala layiq görülüb.