09:42 23-06-2009
news_image
1102
STOLÜSTÜ OYUNLAR

Palaza bürün, elnən sürün

Rumıniyanın Bazna şəhərində keçirilən “Kings Tournament” beynəlxalq şahmat turnirində VIII turun oyunları arxada qalıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Teymur Rəcəbov hesabat turunda Aleksey Şirovla (İspaniya) üz-üzə gəlib.

Qara fiqurlarla mübarizə aparan həmyerlimiz 23-cü gedişdə “sülh” bağlayıb. Təkcə Teymur yox, yarışın bütün iştirakçıları bu dəfə heç-heçənin tərəfdarı olublar.

Sona iki tur qalmış Rəcəbov 4,5 xalla əvvəlki kimi, 3-cü yeri tutur. Bu gün şahmatçılara istirahət verilib. İyunun 24-də və 25-də keçiriləcək son iki partiyada Teymur müvafiq olaraq, Liviu-Diter Nisipyanu və lider Vasili İvançukla qüvvəsini sınayacaq.

VIII tur
Aleksey Şirov (İspaniya, 2745) - Teymur Rəcəbov (Azərbaycan, 2756) - 0,5:0,5
Boris Qelfand (İsrail, 2733) - Vasili İvançuk (Ukrayna, 2746) - 0,5:0,5
Qata Kamski (ABŞ, 2720) - Liviu-Diter Nisipyanu (Rumıniya, 2675) - 0,5:0,5

1.İvançuk 6 xal; 2.Qelfand 5; 3.Rəcəbov 4,5; 4.Şirov 4; 5.Nisipyanu 2,5; 6.Kamski 2