13:18 24-06-2009
news_image
1267
DİGƏR NÖVLƏR

Olimpiya və dünya çempionlarına daha ev verilməyəcək!

İdman sahəsində böyük xidmət göstərən və nailiyyətlər əldə edən şəxslərə mənzil verilməsini nəzərdə tutan müddəa “Bədən tərbiyəsi və idman haqında” qanun layihəsindən çıxarılıb. Apasport.az saytının xəbərinə görə, bu barədə Milli Məclisin Sosial siyasət məsələləri komitəsinin bugünkü iclasında məlumat verilib.

İclasda “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Komitə sədri Hadı Rəcəbli sənəddə edilən bəzi dəyişikliklərdən danışaraq bildirib ki, əvvəlcə qanun layihəsinə idman sahəsində böyük xidmət göstərən və nailiyyətlər əldə edən şəxslərə təqaüdlər, mükafatlar, fəxri adlarla yanaşı, mənzil verilməsi ilə bağlı da müddəa daxil edilmişdi: “Lakin aparılan müzakirələrdən sonra mənzil təminatının bu müddəalar sırasından çıxarılması qərara alınıb”.

Rəcəbli idman yarışlarında birincilik qazanan şəxslərə testdən kənar ali məktəblərə qəbul hüququ verən müddəanın da sənəddən çıxarıldığını açıqlayıb. Onun sözlərinə görə, bu dəyişiklik təhsilə yüksək münasibətin ifadəsidir.