09:59 25-06-2009
news_image
759
STOLÜSTÜ OYUNLAR

Birinci yer əldən getdi...

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın Bazna şəhərində keçirilən “Kings Tournament” beynəlxalq turnirinin qalibi olmaq şansını itirib. Apasport.az saytının məlumatına görə, buna 22 yaşlı həmyerlimizin IX turda heç-heçə oynaması səbəb olub.

Hesabat turunda şahmatçımız yerli idmançı Liviu-Diter Nisipyanunu sınağa çəkib. Qara fiqurlarla oynayan Teymur “sülh” bağlayıb. Hazırda Rəcəbovun aktivində 5 xal var. O, lider Vasili İvançukdan 1,5 xal geri qaldığından, çempion ola bilməz.

Yeri gəlmişkən, Rəcəbov bu gün son tur çərçivəsində elə İvançukla münasibətlərinə aydınlıq gətirəcək.

IX tur
Liviu-Diter Nisipyanu (Rumıniya, 2675) - Teymur Rəcəbov (Azərbaycan, 2756) - 0,5:0,5
Vasili İvançuk (Ukrayna, 2746) - Qata Kamski (ABŞ, 2720) - 0,5:0,5
Boris Qelfand (İsrail, 2733) - Aleksey Şirov (İspaniya, 2745) - 0,5:0,5

1.İvançuk 6,5 xal; 2.Qelfand 5,5; 3.Rəcəbov 5; 4.Şirov 4,5; 5.Nisipyanu 3; 6.Kamski 2,5