16:54 25-06-2009
news_image
747
STOLÜSTÜ OYUNLAR

Rəcəbov 10 partiyadan 9-da heç-heçə oynadı

Şahmat üzrə Azərbaycan milli komandasının lideri Teymur Rəcəbov Rumıniyanın Bazna şəhərində təşkil olunan “Kings Tournament” beynəlxalq turnirində son matçını keçirib. Apasport.az saytının məlumatına görə, o, axırıncı, X turda Vasili İvançukla (Ukrayna) üz-üzə gəlib.

Rəcəbov yarışın liderinə qarşı ağ fiqurlarla mübarizə aparıb. Tərəflər 28-ci gedişdə xalları bölüblər. Beləliklə, həmyerlimiz Baznada keçirdiyi 10 partiyadan 9-da heç-heçə, 1-də isə qələbəyə imza atıb. Yekunda 5,5 xal toplayan Teymur çox güman ki, yarışı 3-cü yerdə başa vuracaq. Hər halda, Aleksey Şirov (İspaniya) - Liviu-Diter Nisipyanu (Rumıniya) və Qata Kamski (ABŞ) - Boris Qelfand (İsrail) oyunları hələ başa çatmadığından, Rəcəbovun dəqiq neçənci pillədə qərarlaşmasını söyləmək mümkün deyil.

Turnirin qalibi isə Vasili İvançuk olub. Hərçənd, yarışın reytinq-favoriti məhz Rəcəbov (2756) idi.