12:03 29-06-2009
news_image
505
DİGƏR NÖVLƏR

Avarçəkənlərimiz Litvada 1 qızıl, 1 gümüş medal qazandılar

Litvanın Trakay şəhərində keçirilən beynəlxalq "Amber Oars" (“Kəhrəba avarlar”) reqatasında Azərbaycan akademik avarçəkənləri uğurla çıxış ediblər. Apasport.az saytının Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, 8 ölkənin mübarizə apardığı yarışda idmançılarımız 1 qızıl, 1 gümüş medal qazanıblar.

1 nəfərlik yüngül çəkili qayıqda çıxış edən Cavid Əfəndiyev 2000 metrlik məsafəni 7 dəqiqə 33 saniyəyə qət edərək, hamını qabaqlayıb. 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqda qüvvəsini sınayan Kamal Məmmədov - Toğrul Qurbanzadə dueti isə eyni məsafəyə 6 dəqiqə 59 saniyəyə çatıb və ikinci yeri tutub.