12:22 29-06-2009
news_image
586
DİGƏR NÖVLƏR

Yüz yaşlı olimpiya çempionu öldü - FOTO

Dünyanın ən qocaman olimpiyaçılarından olan britaniyalı Qotfri Ramplinq dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 1936-cı il Berlin Olimpiadasının çempionu 100 yaşında vəfat edib.

73 il əvvəl atletika üzrə 4x400 metr məsafəyə estafet qaçışında qızıl medal qazanmış Ramplinq yuxuda ikən keçinib. O, 1932-ci ildə Los Anceles Olimpiadasındakı 4x400 metr estafet yarışında gümüş mükafat qazanan britaniyalı 4 il sonra çempion adını da əldə etmişdi. Həyatının son illərini qocalar evində keçirən mərhum bu ilin may ayında 100 illiyini təntənə ilə qeyd etmişdi.

Onda idmançının məşhur qızı – Hollivud ulduzu Şarlott da tədbirə qatılmışdı. Qalmaqallı “Gecə portyesi” filminin qəhrəmanının atası 29 il Britaniya ordusunda xidmət edib. Olimpiya oyunlarına da hərbçi kimi yollanan Qotfri 1958-ci ildə polkovnik rütbəsi ilə istefaya çıxıb.