17:52 29-06-2009
news_image
544
DİGƏR NÖVLƏR

Avropa çempionatında tarix yazan kanoeçilər Bakıda - FOTO

Almaniyanın Brandenburq şəhərində keçirilmiş Avropa çempionatında tarix yazan Azərbaycan kanoeçiləri bu gün Vətənə qayıdıblar. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı AMAF-ın nümayəndələri, milli geyimli qızlar, gənc avarçəkənlər, eləcə də bir qrup azarkeş alqışlarla qarşılayıb.

Avropa çempionu Valentin Demyanenko, bürünc mükafatçılar Maksim Prokopenko - Sergey Bezuqlıy dueti, kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və məşqçi Vasili Kovbanovskiyə gül dəstələri təqdim olunub. Belə təmtəraqlı qarşılanacaqlarını gözləməyən kanoeçilərimiz sevinc hisslərini gizlədə bilməyiblər.