18:16 29-06-2009
news_image
482
DİGƏR NÖVLƏR

Demyanenko: Olimpiya çempionu olacağam

Kanoe üzrə Avropa çempionu Valentin Demyanenkonun müsahibəsi

- Avropa çempionatında yığmamızın çıxışını necə dəyərləndirərsiniz?
- Prinsipcə, Avropa çempionatı bizim üçün uğurla keçdi. 1 qızıl, 1 bürünc medal normal nəticədir. Nəyə ümid edirdiksə, onu da əldə etdik. Bir qədər çatışmazlıqlarımız var. Amma fikrimcə, zaman keçdikcə onları da yoluna qoyacağıq.

- Qitə çempionatı nə dərəcədə çətin alındı?
- Yarış bizim üçün çətin alındı. Bu da təbiidir. Avropa çempionatında asan nəticə olmur. Amma hər şey qaydasındadır.

- Avarçəkmə üzrə ilk Avropa çempionu kimi Azərbaycanın idman tarixinə düşdünüz. Hansı hissləri keçirirsiniz?
- Qalibə xas hissləri! Tarixə düşmək doğrudan da əlamətdar hadisədir. Başqa cür ola bilməz.

- Gələcək planlarınız nədən ibarətdir?
- Bir qədər istirahət etdikdən sonra 12 - 16 avqustda Kanadanın Dartmut şəhərində keçiriləcək dünya çempionatına hazırlaşacağıq. Qarşıdakı dünya çempionatı 2009-cu ilin ən mötəbər yarışı sayılır.

- Daha hansı uğurlara nail olmağı hədəfləmisən?
- Məncə, hər bir idmançı bir məqsəd uğrunda çalışır. Bu hədəf olimpiadada qızıl medal qazanmaqdan ibarətdir.

- Olimpiya çempionu olacağına inanırsan?
- Əlbəttə!