16:13 30-06-2009
news_image
734
STOLÜSTÜ OYUNLAR

Rəcəbov gerilədi, Həşimovla Məmmədyarov irəlilədi

Beynəlxalq Şahmat Federasiyaları Assosiasiyası (FİDE) növbəti reytinq siyahısını tərtib edib. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı Veselin Topalov 2813 reytinq balı ilə planetin 100 ən güclü qrossmeysteri arasında liderdir. Hindistanlı Vişvanatan Anand (2788) ikinci, norveçli vunderkind Maqnus Karlsen (2772) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan şahmatçılarından ən yüksək göstərici yenə Teymur Rəcəbova məxsusdur. Milli komandamızın lideri üç ay əvvəllə müqayisədə 3 pillə geriləsə də, hazırda 2756 balla 8-ci mövqedədir. Yığmamızın digər üzvlərindən 5 pillə sıçrayış edən Vüqar Həşimov (2740) 11-ci, apreldə açıqlanan siyahıda 20-ci olan Şəhriyar Məmmədyarov (2717) isə 19-cu sırada yer alıb. 66-cı yerdə qərarlaşan Qədir Hüseynovun 2664, ondan 30 pillə geri qalan Rauf Məmmədovun isə 2645 reytinq balı var.

Ölkələrin sıralamasına gəlincə, Azərbaycan Rusiya (2727), Ukrayna (2688), İsrail (2648) və Çindən (2643) sonra 5-ci yerdədir.