23:04 30-06-2009
news_image
624
DİGƏR NÖVLƏR

Kamaço Quliyevə yerini göstərdi

Rumıniyanın Baya-mare şəhərində gənclər və veteranlar arasında keçirilən bodibildinq və fitnes üzrə dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Rövşən Quliyev (90 kq) veteranlar arasında beşinci yeri tutub. O, mütləq və sərbəst hərəkətlərə görə 55 xalla altı idmançı sırasında finala çıxıb. Bu çəki dərəcəsində qalib isə portuqaliyalı Joze Karlos Kamaço Rebolo olub.