12:29 01-07-2009
news_image
616
DİGƏR NÖVLƏR

Milli komandamız İtaliya ilə üz-üzə

Qadınlardan ibarət Azərbaycan otüstü hokkey yığması İtaliyaya səfərə hazırlaşır. Apasport.az saytının məlumatına görə, milli komandamız Avropa çempionatına hazırlıq məqsədilə Apennin yarımadasında təlim-məşq toplanışı keçirəcək. Yığmamız bu ölkədəki hazırlıq müddətində yerli komandalarla yoxlama oyunlarında qüvvəsini sınayacaq və ardında Litvaya toplanışa gedəcək.

Kişilərdən ibarət komanda isə hazırda Belarusda təlim-məşq toplanışındadır. Yığmamızın burada beynəlxalq turnirə qatılacağı nəzərdə tutulub. Yarışda Belarusun əsas və ikinci komandası ilə yanaşı, İtaliya yığması da mübarizə aparacaq.

Mənbə: extratime.az