16:51 03-07-2009
news_image
636
DİGƏR NÖVLƏR

“Qara bazar”da biletin qiyməti 26 min manata qalxıb

İngiltərənin paytaxtı Londonda keçirilən tennis üzrə “Uimbldon” turnirinin finalı ərəfəsində xoşagəlməz hallar yaşanıb. Apasport.az saytının məlumatına görə, yarış zamanı satışda saxta biletlər aşkarlanıb. Eyni zamanda, dələduzluq hallarına da rast gəlinib.

Belə ki, İnternet vasitəsilə keçirilən satışda rumın biznesmeni aldadıblar. O, final üçün 11 min funt-sterlinqə bilet sifariş edib. Lakin sonradan onun aldadıldığı ortaya çıxıb. Rumın biznesmenlə yanaşı, daha 50 nəfər aldadılıb. İnternet saytların birində isə qiymət hətta 20 min funt-sterlinqə (təxminən 26 min manat) qalxıb.

“Polis “Uimbldon” turnirinə saxta bilet satan saytlarla bağlı araşdırma aparır. Biz çalışırıq ki, yarışın nüfuzuna zərbə dəyməsin” – deyə Ümumingiltərə Tennis Klubunun nümayəndəsi Conni Perkins deyib.

Qeyd edək ki, bu ilki “Uimbldon” turnirinin mükafat fondu 7 025 959 dollara bərabərdir.