17:17 06-07-2009
news_image
2604
DİGƏR NÖVLƏR

General yenə federasiya prezidenti seçiləcək - EKSKLÜZİV

İyulun 9-da Azərbaycan Atıcılıq İdmanı Federasiyasının (AAİF) hesabat-seçki konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbirdə quruma növbəti 4 il üçün prezident seçiləcək. Bu vəzifəni yenidən hazırkı prezident, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundovun tutacağı gözlənilir. Çünki prezident postuna yeganə namizəd məhz Axundovdur.

Bundan başqa, AAİF-də struktur dəyişikliyi də olacaq. Belə ki, qurumda I vitse-prezident vəzifəsi yaradılacaq. Çox güman ki, yeni posta Stend Atıcılığı Mərkəzinin direktoru Rasim Rzayev təyin ediləcək. I vitse-prezident vəzifəsi ilə yanaşı, federasiyada 2 vitse-prezident postu da fəaliyyət göstərəcək.

Xatırladaq ki, Vaqif Axundov 1997-ci ildən AAİF-in prezidentidir.