12:28 07-07-2009
news_image
498
DİGƏR NÖVLƏR

İdmançılarımıza “donuz qripi” təhlükəsi

Serbiyanın paytaxtı Belqradda davam edən Yay Universiadasında daha 2 idmançının A/H1N1 (“donuz qripi”) virusuna yoluxduğu məlum olub. Lent.az-ın Serbiyanın Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, həmin idmançılar Uqanda və Argentinadandırlar. Bundan öncə analoji diaqnoz avstraliyalı üzgüçüyə qoyulub. Artıq iyunun əvvəlindən Serbiyada “donuz qripi”nə 21 yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, iyulun 12-dək davam edəcək Yay Universiadasında Azərbaycan idmançıları da çıxış edir. Ölkəmiz taekvondo, cüdo, yüngül atletika və bədii gimnastika növlərində təmsil olunur.