12:38 07-07-2009
news_image
443
DİGƏR NÖVLƏR

4 idmançı itkin düşdü

İtaliyanın Peskara şəhərində keçirilən 16-cı Aralıq Dənizi Oyunlarında 4 idmançı itib. Apasport.az saytının məlumatına görə, yarışın bağlanış mərasimindən sonra Tunisdən olan 4 idmançının yoxa çıxması müəyyənləşib. İtkin düşənlərin adları açıqlanmır.

Aralıq Dənizi Oyunları koordinatoru Mario Peskante isə soyuqqanlı açıqlama verib. O, narahatçılığa ehtiyac olmadığını söyləyib: “Məsələni şişirtməyə gərək yoxdur. Qısa vaxtda onların tapılacaqlarına inanıram. Məncə, bu idmançıların İtaliyada qohumları və ya dostları var. Bu hadisənin 16-cı Aralıq Dənizi Oyunlarına ləkə gətirəcəyini düşünmürəm”.