10:35 09-07-2009
news_image
486
DİGƏR NÖVLƏR

Milli komandamız Avropa çempionatına yollandı

Stolüstü tennis üzrə Azərbaycan milli komandası Avropa çempionatında iştirak etmək məqsədilə bu gün Çexiyanın paytaxtı Praqaya yola düşüb. Azərbaycan Stolüstü Tennis Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 52-ci dəfə keçiriləcək çempionatda ölkəmizin şərəfini 5 kişi və 2 qadın idmançı qoruyacaq.

Yığma üzvləri yarışa Şəkidə hazırlaşıblar. Onlar burada 10 gün ərzində fiziki və taktiki məşqlər ediblər. Sabah start götürəcək qitə birinciliyində milli komandamızı Sloveniya, İsveçrə, İrlandiya, Polşa, Türkiyə, Norveç kimi güclü rəqiblərlə mübarizə gözləyir. Yarış iyulun 19-da başa çatacaq.