23:09 09-07-2009
news_image
722
DİGƏR NÖVLƏR

İcraiyyə Komitəsində yeni simalar - FOTO

Azərbaycan Atıcılıq İdmanı Federasiyasının (AAİF) hesabat-seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda son 8 ilin hesabatı dinlənildikdən sonra nəticələr müzakirə olunub. Ardından qurumun prezidenti Vaqif Axundov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib. Yavuz Eminbəyli güllə atıcılığı, Hafiz Cəfərov stend atıcılığı, Rasim Rzayev isə yeni yaradılan sportinq növü üzrə vitse-prezident təyin olunub. İcraiyyə Komitəsinə yeni üzvlər də seçilib ki, onların sayı 7-dən 9-dək artırılıb.

Qeyd edək ki, general-polkovnik Vaqif Axundov Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir və 1997-ci ildən federasiyaya rəhbərlik edir.