12:29 10-07-2009
news_image
2157
DİGƏR NÖVLƏR

Anna Kurnikovanın nişan üzüyü - FOTO

Məşhur tennisçi Anna Kurnikova və ispaniyalı pop müğənnisi Enrike İqlesias hələ də ailə həyatı qurmaq fikrində deyillər. Apasport.az saytının məlumatına görə, rusiyalı gözəlin barmağında brilyant üzük olsa da, o, kiminlə nişanlandığını gizli saxlayıb. Bununla bağlı verilən sualı isə tennisçi gülərək cavablandırıb: “Nəticəni özünüz çıxarın”.

Heç İqlesiasın da sözləri cütlüyün tezliklə nikaha girəcəyini deməyə əsas vermir: “Anna mənim üçün idealdır. Hazırda o, həyatımdakı yeganə qadındır. Mən nikaha inanıram, amma düşünmürəm ki, iki şəxsin xoşbəxtliyi üçün mütləq sənəd lazımdır. Düzdür, nikah bəzi cütləri xoşbəxt edir. Eyni zamanda, xoşbəxt olmayan çoxlu ər-arvad da görmək mümkündür”.

Xatırladaq ki, İqlesias və Kurnikova 8 ildir birgə həyat sürürlər. Onların bir müddət öncə nişanlandıqları bildirilir.