13:41 10-07-2009
news_image
499
DİGƏR NÖVLƏR

Yeni vitse-prezident Xorvatiyada

Azərbaycan Atıcılıq İdmanı Federasiyasının (AAİF) yeni vitse-prezidenti Rasim Rzayev Avropa Atıcılıq İdmanı Federasiyasının Baş Assambleyasında iştirak etmək üçün Xorvatiyanın Osyek şəhərinə yollanıb. Bu haqda apasport.az saytına Rzayev özü məlumat verib.

Vitse-prezident sabah keçiriləcək konfransda ölkəmizi təmsil edəcək. O, Avropa Atıcılıq İdmanı Federasiyası rəhbərliyinə keçiriləcək seçkilərə də qatılacaq: “Qurumun prezident, vitse-prezident postlarına seçkilər olacaq. Təəssüf ki, bu dəfə seçkilərdə bizdən kiminsə namizədliyinin irəli sürülməsinə vaxt çatmadı. İnşallah, 2 ildən sonrakı seçkilərdə rəhbər vəzifələrə namizədliyimizi verəcəyik”.

Baş Assambleyadan sonra Osyekdə Avropa çempionatı start götürəcək. Yarışda Azərbaycanın şərəfini 6 idmançı qoruyacaq.

Xatırladaq ki, Rasim Rzayev AAİF-in yeni yaradılmış sportinq (idman ovçuluğu atıcılığı) növü üzrə vitse-prezidentidir. Dünən federasiyanın vitse-prezident postuna təyin olunan Rzayev həm də İcraiyyə Komitəsinin üzvüdür.