13:49 10-07-2009
news_image
794
DİGƏR NÖVLƏR

Dünya rekordu yeniləndi

ABŞ üzgüçüsü Maykl Felps 100 metr məsafəyə batterflay üsulu ilə üzgüçülük yarışında dünya rekordunu təzələyib. Lent.az-ın məlumatına görə, 14 qat olimpiya çempionu ABŞ çempionatında bu məsafəni 50,22 saniyəyə qət edib.

Felps əvvəllər həmyerlisi Yan Krokerə məxsus rekordu 0,018 saniyə geridə qoyub. 24 yaşlı üzgüçü hazırda 400 metr və 200 metr məsafələrə kompleks, 200 metr və 100 metr məsafələrə batterflay, eləcə də 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük üzrə 5 fərdi dünya rekordunun sahibidir.