16:50 10-07-2009
news_image
1083
DİGƏR NÖVLƏR

Öküz matadoru ölümcül hala saldı - FOTOSESSİYA

İspaniyada növbəti korrida döyüşü xoşagəlməz sonluqla başa çatıb. Apasport.az saytının məlumatına görə, öküzün qarşısında artistlik edən tanınmış matador sonradan ölümcül vəziyyətə düşüb.

Belə ki, öküz onu buynuzu ilə vuraraq, yerə sərib. Matador qasıq nahiyəsindən çox ciddi zədə alıb. Yoldaşları öküzü matadordan güclə ayırsalar da, o, ayağa qalxa bilməyib. Onu yalnız digər matadorların köməyi sayəsində meydançanın kənarına aparmaq mümkün olub. Döyüşdən sonra isə matador cərrahiyyə əməliyyatına məruz qalıb.