22:37 12-07-2009
news_image
804
DİGƏR NÖVLƏR

Bakı “AVRO-2012”yə namizəd oldu

Bolqarıstanın Plovdiv şəhərində Avropa Qılıncoynatma Konfederasiyasının (AQK) konqresi keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, toplantıda 2012-ci ildə 23 yaşadək idmançılar arasında qitə çempionatını qəbul edəcək şəhəri kimi Bakının namizədliyi qəbul olunub. Namizədliyə dair yekun səsvermə gələn Almaniyanın Leypsiq şəhərində keçiriləcək növbəti konqresdə baş tutacaq.

Konqresdə, həmçinin Yanda Frantişek AQK yeni prezidenti seçilib.