09:47 13-07-2009
news_image
532
DİGƏR NÖVLƏR

Azərbaycan yığması: keyfiyyətdə 28-ci, kəmiyyətdə 46-cı

Serbiyanın paytaxtı Belqradda keçirilən 25-ci Yay Universiadası başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini 18 tələbə-idmançı qoruyub. 15 növün 4-də (taekvondo, cüdo, atletika, bədii gimnastika) mübarizə aparmış həmyerlilərimiz iki qızıl medal qazanıblar. Fəxri kürsünün ən yüksək pilləsinə cüdoçu Ramin Qurbanov (81 kq) və atlet Ramil Quliyev (200 m məsafəyə qaçış) yüksəlib.

Yekunda Azərbaycan yığması 145 ölkə arasında medalların keyfiyyətinə görə 28-ci, kəmiyyətinə görə isə 46-cı yeri tutub. Universiadanın qalibi Rusiya komandası olub - 27 qızıl, 22 gümüş, 27 bürünc medal.