Məmmədov əliboş qaldı
İspaniyanın Xueska şəhərində keçirilən “Villa de Benasque ” beynəlxalq şahmat turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, 11 oyundan 7,5 xal toplayan Azərbaycan qrossmeysteri Nicat Məmmədov 26-cı yeri tutub. Turnirin qalibi adını isə rumıniyalı Mixail Marin (9 xal) qazanıb.