17:00 13-07-2009
news_image
514
DİGƏR NÖVLƏR

Azərbaycan qılıncoynadanı 5-ci yeri tutdu

Azərbaycan qılıncoynadanı Azər Tağıyev Bolqarıstanın Plovdiv şəhərində yerli idmançı Etropolskinin 50 illiyinə həsr olunmuş beynəlxalq turnirdə qüvvəsini sınayıb. Bu haqda apasport.az saytına hazırda Plovdivdə olan Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov məlumat verib.

Yarışda 28 sablyaçı mübarizə aparıb. Yekun nəticədə Azər 5-ci pillədə qərarlaşıb. Digər qılıncoynadanlarımızın qatıldığı Avropa çempionatı isə sabah start götürəcək.